- Bədənin əzilmiş nayihəsinə təzə kəsilmiş heyvanın qursağını qoymaq faydalıdır.
- Yel xəstəliyində, sətəlcəm vaxtı təzə kəsilmiş heyvanın dərisinin içərisinə balı sürtüb xəstəni onunla bükərdilər. Bu bədəni olduqca istilədir və tərlədir.
- Torpaqda bir çuxur qazıb (təxminən iki ayağın dizə qədər yerləşdiyi ölçüdə) oraya ot tayasının qarşısına tökülən otun xırdasından, ovuntusundan (tərəkəmələr əncər deyirlər), çiçəklərin qurusundan töküb çuxur dolana qədər qaynar su tökərdilər. Soyuqdəyməsi olan ayaqlarını ora sallayıb üstünü örtərmiş və xəstəliyi keçərmiş. Bu müalicə üsulu “əncərə girmək” adlanır.