1. Qoyunun başına toz tökürsən, başını silkələməsə, demək, xəstədir, dəlidir.
2. Kərə qoyun qulaqlı bala doğmaz.
3. Qulaqlı qoyun kərə bala doğmaz.
4. Kürə qoyunun həm qulaqlı, həm də kərə balası olar.
5. Qoyun deyər: qarnımı tox elə, məni qarda basdır, keçi deyər: qarnım ac da olsa, məni qorda basdır. Keçinin soyuğa çox davamı olmaz.
6. Çöl quşu, sapand daşı. (avara, veyil adamlara deyilir. Yəni şöl quşunun yuvası olmaz, sapand daşının da hədəfi)
7. Dəvə - heykəl (müqəddəs), quzu – qurban, keçi – şeytan (şıltaq)
8. Ayran obadan, gicitikan dərədən. (nəyinsə bol olmasına işarədir. Tərəkəmə obasında heyvandarlıqla məşğul olduqlarına ayran həmişə bol olar, ilin çox hissəsini keçirdikləri yaylaq, qışlaq ərazilərində isə gicitikan)
9. Öz itimiz də var, kütümüz də. (Özlərinə aid olan, məxsus bir şeyin başqalarına rəva görülməməsi mənasına gəlir. İt tərəkəmə həyatının ayrılmaz bir üzvüdür, küt - təndirə yapılan kündənin alaçiy təndirin divarından qopub külə töküləninə deyilir. Çiy olduğuna, həm də külə bulaşdığına görə yeyilməz, yem əvəzi itlərə verilər. Bir az da konkretləsdirsək, öz küt gedən xəmirimizi öz itimiz yeməlidir. Ən çox elçiliyə gələnlərə “Yox!” əvəzinə deyilən ifadədir)
10. Bəxtin ola Kolanı (çox güman ki, Şamaxının Kolanı kəndindən olub) Rüstəmin bəxti kimi, Arvadı at gətirə, qoyunu qurd gətirə, qızılı da sel. Buna aid rəvayət də var.
11. Tərəkəmələr müvəqqəti oturaq yerinə digə deyiblər.
12. Qoyunun balalama dövrü dölləy adlanıb.
13. Dəvənin alığına arğan deyilib.
14. Yazda otun göyərən, örüşdə heyvanın ağzına yaxşı gələn vaxtına tarçığ vaxtı deyərlər.
15. Caramana car çəkdi, koxaya xəbər apardı.
16. Doğramacı elə doğra ki, qaşığına çıxmasın.