Tərəkəmə yurdunda xidmətlər

Gəgəli bələdiyyəsi müəssisəsinin ekoturizm məhsulları və qiymətləri aşağıdakı kimidir:
- çadırlarda gecələmə - 1 nəfər üçün – 10 manat
- çadır sifarişi – 1 çadır üçün – 60 manat
- çay süfrəsi – 5 manat
- süd və digər məhsullarla qidalanma – səhər – 5 manat, günorta – 8 manat, axşam 12 manat
- dondurma – 3 manat
- tələbələr üçün baxış – 1 manat;
- məktəblilər üçün baxış - 20 qəpik;
- yerli və xarici vətəndaşlar üçün baxış - 2 manat.
Ekskursiya xidməti (bir qrup - 25 nəfərə qədər): 
- tələbələr üçün – 10 manat;
- məktəblilər üçün – 5 manat;
- yerli və xarici vətəndaşlar üçün - 15 manat.
Avtonəqliyyat vasitələrinin obyektlərdə dayanması - 1 manat.
Tematik açıq dərslərin keçilməsi – 1 saat üçün – 10 manat
a) Bələdiyyə müəssisəsi mühazirələrin mütəxəssis tərəfindən keçirilməsini təmin edir (Bələdiyyə müəssisəsinə bu haqda bir həftə əvvəl xəbərdarlıq edilməlidir).
b) Mühazirələrin müddəti 45 dəqiqə müəyyən edilir.
c) Mühazirələr ödənişli əsaslarla aparılır. 20-25 nəfərlik qrup üçün 45 dəqiqəlik mühazirənin qiyməti 10 (on) manat müəyyən edilir.
Bələdiyyə müəssisəsi ayrı-ayrı siniflər üçün məktəb proqramına uyğun olaraq mütəxəssislər tərəfindən dərslərin keçirilməsini təmin edir:
a) dərslər həyətdə və ya çadırlarda keçirilir və viktorinalar şəklində davam etdirilir;
b) dərslər 2 saat aparılır;
c) 20-25 nəfərlik qrup üçün iki saat davam edən bir dərsin qiyməti 15 (on beş) manatdır.
Bələdiyyə müəssisəsinin obyektlərində fotoaparat və kamera ilə foto və video çəkilişlər aparmaq mümkündür: 
- foto çəkilişlər – 10 manat
- video çəkilişlər – 50 manat
Bələdiyyə müəssisəsi dərnəklər, ayrı-ayrı qruplar üçün kənd təsərrüfatı və turizm sahəsində mütəxəssislərin görüşlərini təşkil edir.
Festival, sərgi, konfrans, seminar, dəyirmi masa və digər tədbirlər üçün obyektlər açıqdır. 
Bələdiyyə müəssisəsi obyektləri bütün günlər və saatlar fəaliyyət göstərir.

share.in.social