“Ağsu rayonu Gəgəli bələdiyyəsi Axtaçı obası” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq
Gəgəli kəndi - Tərəkəmə yurdu Folklor Turizmi Məkanı
Tərəfdaşımız “Ağsu rayonu Gəgəli bələdiyyəsi Axtaçı obası” MMC-nin xidmətlərindən qarşılıqlı əməkdaşlıq şəraitində istifadə edə bilər.
Azərbaycan qanunvericiliyi və Gəgəli bələdiyyəsinin 17 iyun 2021-ci il tarixli 12 saylı iclasının qərarı ilə təsdiq edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərən “Ağsu rayonu Gəgəli bələdiyyəsi Axtaçı obası” MMC kənd təsərrüfatı və turizm obyektlərində bu qiymətlərlə xidmət təklif edir:
- bir qoyunun baxımı – 2 manat;
- bir inəyin baxımı – 10 manat;
- bir camışın baxımı – 10 manat.
Qoyunun baxımı xidmətinə tövlədə saxlanılması, otarılması, baytarın nəzarəti, mayalanması, doğumu, sağımı, qırxımı daxildir. Sağım və qırxımdan gələn süd və yun MMC-nin balansına keçir. Qoyunun bütün balaları tərəfdaşa verilir. Ot tədarükü tərəfdaşın öhdəsinə düşür. Əvvəlcədən hesablanıb alınır, akt tərtib olunur.
İnəyin və camışın baxımı xidmətinə tövlədə saxlanılması, otarılması, baytarın nəzarəti, mayalanması, doğumu və sağımı daxildir. Mayalanmadan gələn subsidiya və sağımdan alınan süd məhsulları MMC-nin balansına keçir. Camışın bütün balaları tərəfdaşa verilir. Ot tədarükü tərəfdaşın öhdəsinə düşür. Əvvəlcədən hesablanıb alınır, akt tərtib olunur.
Süd məhsullarının istehsalı və satışı, gəlirin əldə edilməsi MMC-yə məxsusdur.
- süd satışı – 1 manat
- qatıq satışı – 1 manat
- yağ satışı – 15 manat
- pendir satışı – 7 manat
- qaymaq satışı – 5 manat
- yun satışı – 40 qəpik
- ət satışı – 14 manat
Tərəfdaş məhsulları bazar qiymətindən 20% ucuz əldə edə bilər.