Dik qoyular, köndələn basılar
Tüklü də olur, tüksüz də
(hana; tüklü – xalça; tüksüz – palaz)
Ətə ətdir, tükə tük
Gecələr həmişə, gündüzlər tək-tük
(Kiprik)
Buxarı, ay buxarı
Tüstü qalxar yuxarı
Göydən bir oğlan endi
Əyni mahud çuxalı
(qar)
Yanıltmac
Ey o tayda gedən əli qara qəhvədanlı kişi, sən mənimlə əli qara qəhvədanlaşsan da, mən səninlə əli qara qəhvədanlaşan deyiləm.