Heyvan nümayiş mərkəzi

Tərəkəmə yurdu bələdiyyənin təsis etdiyi yerdə - dağ örüşlərinə çıxış olan örüş yerində yaradılmışdır. Tərəkəmə yurdu heyvan nümayiş mərkəzləri, oba alaçıqları, halaylar, at saxlanma yeri, süd məhsulları istehsal yeri və iaşə xidməti sahəsindən ibarətdir. Ərazinin ətrafı metal torla çəpərlənmişdir. Alaçıqlar qədim ənənə nümunələri əsasında qurulmuşdur. Yurdda üç tərəkəmə alaçığı qurulmuşdur. Alaçıqlar yerli palaz və xalça nümunələri ilə bəzədilmişdir. Onlar lazımi avadanlıqla təchiz edilmişdir. Bu alaçıqlardan turistlər qalma yeri kimi də istifadə edə biləcəklər. Məkan “Tərəkəmə çərşənbəsi” Beynəlxalq Folklor Festivalı, “Tərəkəmə marafonu” və “Xançoban həvəskar at yarışları” üçün mərkəz rolunu oynayır.

 

Tərəkəmə yurdunun ənənəvi formada fəaliyyət göstərməsi üçün bələdiyyənin daxili imkanları ilə 20 qoyunluq bir təsərrüfatın yaradılması nəzərdə tutulur. Qoyunlar yurd ərazisində heyvanların nümayiş mərkəzində saxlanacaq, dağ örüşlərində otarılacaq. Turistlər yerindəcə otarma, sağma, qırxma proseslərində iştirak edə biləcəklər. “Tərəkəmə çərşənbəsi” folklor festivalı zamanı heyvanların iki od arasından keçirilməsi mərasimi bu heyvanların iştirakı ilə baş tutacaq.

 

 

share.in.social