Tur Bakı və ya digər şəhərlərdən başlanır. Avtobusla Gəgəli kəndinə gəlinir. Əvvəlcə kəndin girişində yerləşən Şəhidlər xiyabanı ziyarət olunur. İştirakçılara xiyaban və kəndin şəhidləri barədə məlumat verilir. Sonra iştirakçılar tərəkəmə yurduna gəlir. Burada onlara Tərəkəmə həyat tərzi və folkloru, Nərgizava abidəsi haqqında məlumat verilir. Çoban tur iştirakçılarına qoyunun saxlanılması qaydaları haqqında məlumat verir. Dərə bulağına qədər qoyun otarılır. Uzun ata türbəsi də daxil olmaqla Qərib yalı yamacındakı toponimlər haqqında məlumat verilir, hekayəsi danışılır. Dərə bulaqdan su götürən qrup yurda dönür. Nahardan sonra iştirakçılar kənd sakinləri ilə birlikdə Çilingağac oyunu oynayırlar. Turdan məqsəd iştirakçıların tərəkəmə həyat tərzi ilə yerindəcə tanış olması, sakit mühitdə yürüş etmək, qədim oyunları oynamaq, kənd sakinləri ilə təmasda olmaqdır.
07.30 - Gənclik metrostansiyası qarşısından avtobus yola düşür.
10.00 - Gəgəli kəndinin şəhidlər xiyabanı
11.00 - Tərəkəmə həyat tərzi ilə bağlı məlumatlandırma
12.00 - Dərə bulağa qədər heyvan otarılması, əyani məlumatlandırma
14.00 - Tərəkəmə yurdu folklor turizmi məkanında nahar
15.00 - Çilingağac oyunu yarışı
18.00 - Bakıya qayıtmaq
Bələdçi - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli
Hədiyyələr müxtəlif kitablar olacaq.
Qiyməti - 30 manat
Daxildir:
rahat avtobus
nahar
bələdçi
fotoqraf
hədiyyələr
çay süfrəsi
Qeyd: səhər yeməyi tur iştirakçılarının özünə aiddir.
Əlaqə: 0508764043 (votsap)