Birgünlük Ağsu arxeoloji turizm turu

Tur Bakı və ya digər şəhərlərdən başlanır. Avtobusla Ağsu şəhərinə gəlinir. Ağsuda Şeyx Dursun türbəsi və Şıxməzid xanəgahı abidələrinə. Sonra Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğuna gəlinir, şəhər və oradakı abidələr haqqında məlumat verilir. Baş meydanda arxeoloji turizm üçün ayrılmış qazıntı sahəsində tur iştirakçıları qazıntıya qoşulurlar. Sonra qrup Gəgəli kəndinə gəlir. Onlara Tərəkəmə yurdu folklor turizmi məkanı və Nərgizava arxeoloji tapıntıları haqqında məlumat verilir. Müxtəlif folklor nümunələri ilə tanışlıq olur. Qrup buradan Bakı şəhərinə yola düşür. Turdan məqsəd iştirakçıların arxeoloji qazıntılarla təmas halında olması və arxeoloji qalıqlarla yerindəcə tanış olmasıdır. 

 

07.30 - Gənclik metrostansiyası qarşısından avtobus yola düşür. 
10.00 - Ağsu şəhəri abidələri: Şeyx Dursun türbəsi, Şıxməzid xanəgahı
11.00 - Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji qazıntının başlaması
13.00 - Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu abidələri ilə tanışlıq
14.30 - Tərəkəmə yurdu folklor turizmi məkanında nahar
15.30 - Nərgizava arxeoloji tapıntıları və tərəkəmə folklor nümunələri ilə tanışlıq
18.00 - Bakıya qayıtmaq 

 

Bələdçi - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli
Hədiyyələr müxtəlif kitablar olacaq.
Qiyməti - 35 manat

 

Daxildir: 
rahat avtobus
nahar
bələdçi
fotoqraf
hədiyyələr
çay süfrəsi

Qeyd: səhər yeməyi tur iştirakçılarının özünə aiddir.

 

Əlaqə: 0508764043 (votsap)

share.in.social