Birgünlük "İpək yolu" tarixi yollarda yürüş turu

Tur Bakı və ya digər şəhərlərdən başlanır. Avtobusla Şamaxı şəhərinə gəlinir. Şamaxıda Cümə məscidi, Şahxəndan türbəsi və Yeddi Günbəz türbə kompleksinə baxılır. Sonra Kələxana türbələr kompleksinə gəlinir, türbələr və arxeoloji tədqiqatın nəticələri haqqında məlumat verilir. Kələxana kəndindən Gəgəli kəndinə qədər piyada hərəkət edən tur iştirakçılarına tarixi İpək yolu və Şamaxı-Ağsu hissəsi haqqında danışlır. Ortabulaq yolundan təbiət mənzərəsi ilə qrup Gəgəli kəndinə gəlir. Burada Tərəkəmə yurdu folklor turizmi məkanında nahar edilir, müxtəlif folklor nümunələri ilə tanışlıq olur. Qrup buradan Bakı şəhərinə yola düşür. Turdan məqsəd iştirakçıların qədim İpək yolunu təfəkkür eləməsi və yol boyunca maddi-mənəvi irs nümunələri tanış olmasıdır.  

 

07.30 - Gənclik metrostansiyası qarşısından avtobus yola düşür. 
10.00 - Şamaxı şəhəri abidələri: Cümə məscidi, Şahxəndan, Yeddi günbəz
11.00 - Kələxana türbələri və arxeoloji qazıntı sahəsi
12.00 - İpək yolu boyunca yürüşün başlanması
14.30 - Tərəkəmə yurdu folklor turizmi məkanında nahar
15.30 - Folklor nümunələri ilə tanışlıq
18.00 - Bakıya qayıtmaq 

 

Bələdçi - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli
Hədiyyələr müxtəlif kitablar olacaq.
Qiyməti - 35 manat

 

Daxildir: 
rahat avtobus
nahar
bələdçi
fotoqraf
hədiyyələr
çay süfrəsi

 

Qeyd: səhər yeməyi tur iştirakçılarının özünə aiddir.
İstəyən əvvəlcədən at sifariş edib yürüşü atla həyata keçirə bilər.

 

Əlaqə: 0508764043 (votsap)

share.in.social