Xovsuz xalçalar haqqında veb-tətbiq

“Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan Xovsuz Xalçası" innovativ maarifləndirici veb-tətbiqin yaradılması layihəsinin icra müddəti başa çatıb.

Milli mədəniyyət özlüyündə hər xalqda təbii şəraitdən, etnik xüsusiyyətlərindən asılı olaraq özünəməxsus dünyanın dərki, inancları,simvolları, davranış qaydaları haqqında təsəvvürləri təşəkkül tapır. Bu baxımdan Azerbaycan xalça sənətinin tarixi inkişaf yolu, təkamülü, xalqın dünyagörüşü, adət-ənənələri, inancları etnokimliyin ən bariz nümunəsidir. 

 “Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan Xovsuz Xalçası" innovativ maarifləndirici veb-tətbiqin yaradılması layihəsinin icra müddəti başa çatıb. Layihə ötən il keçirilmiş “Regionlarda xalçaçılıq sənətinin inkişafına dəstək” layihəsinin davamı kimi nəzərdə tutulmuşdur.

“Azərbaycan xalçaçıları”İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya xanım Tağıyevanın rəhbərliyi ilə yaradılmış işçi qrupun qısa müddət ərzində gördüyü iş nəticəsində layihənin əsas məqsədi unudulmaqda olan  Azərbaycan Xovsuz Xalçaları üzrə xalçaçılara, xalçaçı-rəssamlar, boyaqçılar üçün xalçaların texnologiyasını, boyaqların sirrini, xovsuz xalçaların adı, tarixi, təsnifatı üzrə məlumatı bir informasiya mənbəyindən əldə etmək imkanı yaradan bir resurs ərsəyə gəlib. 

Qeyd edək ki, layihə çərçivəsində Xalça ixtisası üzrə təhsil alan tələbələri üçün keçirilmiş ustad dərsləri, görüşlər insanlar arasında xovsuz xalçalara marağı artırmaqla yanaşı, ondan müasir dizaynda istifadə imkanları haqqında fikir mübadiləsi imkanı yaratmışdır.

10 oktyabr 2023-cü il tarixində hazırlanan “xovsuzxalca.com” internet səhifəsinin təqdimat mərasimi keçirilib. Bildirilib ki, saytda Azərbaycan Xovsuz Xalçaları barədə məlumatların yerləşdirildiyi “Haqqında”, “Məlumat”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Xalçaçılıq məktəbləri” kimi bölmələr mövcuddur. Saytda yer alan “Xovsuz xalçalar” bölməsi isə xüsusilə cəlb edir. Bu hissə xovsuz xalça növlərindən palaz, cecim, kilim, şəddə, vərni, ladı, zili, sumaxa aid nümunələrlə virtual olaraq tanış olmaq və onların özəl xüsusiyyətlərini oxumaq imkanı verir. 

Azerbaycan mədəniyyəti öz kökləri ilə tarixin qədim qatlarına gedib çıxır. Azerbayacan mədəniyyətin qədim təməlləri, arxetipi qorunub saxlanılmış ənənələrin sayəsində bu günümüzə qədər gəlib çatıb.

Artıq qədim dövrlərdə təsərrüfatçılıq üsulları, həyat tərzi formaları, mənəvi mədəniyyətin əsasları müəyyənləşmiş, məişət ənənələri möhkəmlənmişdi. Müasir həyat tərzi davamlı inkişaf konsepsiyasına əsasən insana yönəlmişdir. 

Bizim dövrdə mədəniyyət daha çox bəşər varlığının mərkəzi kimi dərk edilir. İstənilən xalq və ya millət yalnız mədəni identikliyini saxladığı, bu zaman digər millətlərdən kənarlaşmadan, onlarla qarşılıqlı əlaqədə, mədəni ənənə və dəyərləri mübadilə etməklə mövcud ola və inkişaf edə bilər.

Qloballaşmanın müasir prosesləri xalqların maddi və qeyri-maddi mədəniyyətinin vahidliyini şərtləndirməklə, bir çox mədəniyyətlərin etnik xüsusiyyətini özündə əridə bilər. Bununla əlaqədar arxaik elementlərin aşkar edilməsi mühümdür, bənzərsizlik prinsiplərini formalaşdırmaq, burada daxili mənəviyyat mənbələrini ayırmaq və onların spesifik vasitələrinin köməyi ilə, ilk növbədə, xalça mədəniyyətinin etnik təbiətini qeydə almaq vacibdir.

Azərbaycanlıların bütün həyat fəaliyyəti xalça ilə bağlıdır. Azerbaycan Xovsuz Xalçası - qədim tanrıçılığın rahib-şamanlarından bizə gəlib çatmış təbiət - kosmoqonik təsəvvürlərin nadir aləmidir. Əgər xovsuz xalçalarin erkən mərhələlərində bəşəriyyətə xas sinkretik təfəkkürün məhsuludursa, onda onun mənbəyi, genezisi ilə minilliklərin dərinliklərinə nüfuz etmək olar. 

Bütün xalqların mədəniyyətləri ilkin, ibtidai mədəniyyətin müəyyən inkişafıdır. İbtidai mədəniyyət (ən erkən) ən sadə bacarıq və vərdişləri əhatə edir, qədim insanların bilavasitə ehtiyaclarını təmin edirdi.

Biz bunu Azerbaycan Xovsuz Xalçalarında görürük. Azərbaycanda Xovsuz Xalçalar hazırda da məişətdə və həmçinin, törənlərdə də istifadə edilən, öz tətbiqi olan amildir. 

Xalçalar onları yaradan xalqların etnogenez tərəfdaşlığının, mədəni-tarixi bağlılığının bariz nümunəsi olmaqla yanaşı, xalqının mənəvi dünyası haqqında məlumat daşıyan mühüm tarixi mənbədir.

share.in.social