Bayram sovqatları ünvanına çatdırılıb

19 mart 2024-cü ildə Axır Çərşənbə günündə Gəgəli kəndinin ehtiyacı olan ailələrinə (10 ailə) bayram sovqatları verilmişdir. Gəgəli bələdiyyəsinə müxtəlif vaxtlarda kömək üçün müraciət etmiş Qorxmaz Şirəliyev, Ağca Musayev, Sünbül Sahabova, Kamalə Sədiyeva, Ənvər Vəliyev, Sədaqət Mirzəyev, Hicab Xasayev, Mehman Şirəlyev, Sevda Mirzəyeva və Müxlisə Şamıyevanın ailələrinə bayram süfrəsi üçün ərzaq məhsulları təqdim edilmişdir.

 

Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli, sədr müavini Xəyyam İbadzadə, Təmiz kənd MMC-nin direktoru Natiq Hüseynov, Yerli Media MMC-nin direktoru Asif Cəlilov həmin ailələrlə görüşmüş, onların problemlərini dinləmiş, fikir mübadiləsi etmişlər.

 

Gəgəli bələdiyyəsi həmin ailələrin timsalında bütün kənd sakinlərini, Gəgəli icmasını Novruz bayramı münasibətilə təbrik edir, kəndimizin inkişafı və tanıdılması sahəsində yeni uğurlar arzulayır.

share.in.social